Bakıda ilk dəfə: Cıdır meydanında atçılıq festivalı!
22 Mart 2010 15:13
Martın 22-də Bakı Dövlət Cıdır Meydanında 1-ci Milli Atçılıq Festivalı başlanıb.
Festival çərçivəsində cıdır yarışları, milli at oyunlarmızdan olan çövkən üzrə ölkə çempionatı və konkur üzrə "Bahar kuboku" yarışları keçiriləcək.
Azərbaycan Atçılıq Federasiyası, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Olimpiya Komitəsi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçrilən festival Azərbaycanda ilk dəfədir ki, təşkil olunur.
Ümumi mükafat fondu 15 000 manat olan festival martın 23-dək davam edəcək.
/AzərTac/