"Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Joze Mourinyo dünən doğma şəhəri Setubala gedib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Mourinyonun doğulduğu şəhərdə onun adına küçə verilib. Mütəxəssis küçənin açılış mərasimində iştirak etmək üçün Setubala gedib.
Əvvəllər "Rua da Saude" adlanan küçə bundan sonra "Avenida Jose Mourinho" olacaq. Mourinyo məsələ ilə bağlı fikirlərini bildirib:
"Setubal dünyanın yeganə şəhəridi ki, burda mən özüm ola bilirəm. Burda insanlar mənə elə münasibət göstərirlər ki, özümü sadəcə möhtəşəm hiss edirəm.
Bütün mənfi və müsbət cəhətlərimlə doğuşdan setuballıyam. Bu şəhərə ona görə gəlirəm ki, bura mənim üçün doğmadı, burda mənim anam yaşayır, burda atama yaxın oluram.
Mənim həyat yoldaşım da setuballıdı. Övladlarım heç vaxt bu şəhərdə yaşamasalar da, ancaq bu şəhəri bəlkə məndən də çox sevirlər.
Bu şəhərə ona görə gəlirəm ki, burda dostlarım məni Ze Mario çağırırlar, axmaq "Xüsusi" deyimini heç yadlarına da salmırlar. Setubal həmişə mənim evim olaraq qalacaq".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində