"Atanın gül balaları" London küçələrində - FOTO

18 İyul 2011 21:42
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, Fars Körfəzi və Yaxın Şərq ölkələrindəki milyarderlərin oğulları dünən Londonda bir araya gəliblər. Hamısı ağ rəngli avtomobillərin sükanları arxasında olan gəncləri ingilislər "atanın gül balaları" adlandırıblar.

Göründüyü kimi, ərəb milyarderlərin övladları indi ağ rəngli avtomobillərə üstünlük verirlər.

Onların maşınları isə 800 min dollarlıq "Maybach Xenatec", 320 min dollarlıq "Ferrari 599", 1,6 milyonluq "Bugatti Veyron", 1,3 milyonluq "Koenigsegg Agera R", 380 min dollarlıq "Mercedes SLS", 400 min dollarlıq "Rolls Royce Phantom Coupe" də vardı.

Onlarla ərəb milyarderin oğulları Avropanın ən bahalı və dəbdəbəli istirahət yerlərinə səyahətə başlayırlar. Onlar Londondan Paris, Monako, Milan, Roma və Cenevrəyə yollanacaqlar.

Milli.Az