Ötən günlərdə maqazin gündəminə bomba kimi düşən Sofia Riçi-Skott Disik eşqi gündəmi silkələməkdə davam edir.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, erməni model Kourtney Kardaşyanın keçmiş sevgilisi və uşaqlarının atası Skott Disik (34) ilə Kardaşyan/Cenner ailəsinin yaxın dostu Sofia Riçi (19) Mayamidə öpüşərkən görüntülənib.
Hal-hazırda Meksikada dəniz və günəşin dadını çıxaran məşhur cütlük bir-birlərindən heç ayrılmadan dədiqələrcə öpüşüb.
Qeyd edək ki, Skott Disik "Keeping Up With The Kardashians" verilişində "Seks asılısıyam" demişdi.
Məhəmməd Vaqif
Milli.Az