Məşhur memarın yadigarı satılır - FOTO

19 İyul 2011 00:22
Milli.Az xəbər portalı "USA Today"ə istinadən bildirir ki, dünyaca məşhur memar Frenk Lloyd Raytın möhtəşəm əsərlərindən biri olan ev satılır. Meksikanın Uşmal şəhərindəki maya xərabələrindən ilhama gəlmiş Rayt Hollivud Hillsdə 27 min ovma daş blokdan 24 dihayn variasiyalı bina tikmişdi.

Bu bina Hollivud filmlərində də yer alıb. Belə ki, "Ülgüc tiyəsi ilə qaçan adam", "Hilldəki ruhlarla dolu ev" və "Böyük Kanyon" filmlərində Raytın evinə rast gəlmək olar.

1924-cü ildə tikilmiş evin indiki sahibi, milyarder Ron Barkl binanı 4,5 milyon dollara satışa çıxarıb.

1994-cü ildəki zəlzələ zamanı ciddi zəsarət almış evin təmirə ehtiyacı var.

Milli.Az