Mədəniyyət və Turizm Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rejissorların teatrın inkişafında müstəsna xidmətləri nəzərə alınaraq davamlı olaraq kadr dəyişikliyi aparılır.
Bu da təbii ki, teatrlarda repertuar zənginliyinə, fərqli teatr düşüncələrinin tamaşaçıya çatdırılmasına vəsilə olur.
Bütün bunlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uyğun olaraq, respublika teatrlarında kadr dəyişikliyi aparılıb. Əmrə əsasən, Namiq Qaffarov Şəki Dövlət Dram Teatrının direktoru, Oruc Qurbanov Lənkəran Dövlət Dram Teatrının, Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Novruz Cəfərov Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifələrinə təyin ediliblər.
Hesab edilir ki, yeni təyinatlar yerlərdə teatr sənətinin inkişafına öz töhfəsini verəcək və yaradıcılıq baxımından daha da uğurlu layihələrin meydana çıxmasına şərait yaradacaq.
Zərif Nisə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində