Dərbənd teatrı Bakıya qastrola gəlir

22 Mart 2010 14:23
Kollektiv aprelin 11-18-də Bakı, Xırdalan və Sumqayıt şəhərlərində teatrsevərlərə Yusif Əzimzadənin "Xatirə" tamaşasını təqdim edəcək.

Faşist Almaniyası üzərində Qələbənin 65 illiyinə həsr olunmuş yeni tamaşada əsas rolları Dağıstanın əməkdar artistləri Yaqut Xankişiyeva, Laləzar Hüseynova, Əliyar Hüseynov, aktyorlardan Sabiq Hüseynov, Mədinə Gəncəliyeva ifa edəcəklər.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

/AzərTAc/