İyulun 18-nə olan hava proqnozu
18 İyul 2011 02:00
Milli.Az xəbər portalı AzərTAc-a istinadən iyulun 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı təqdim edir.
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz kecəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 23-26°, gündüz 34-38° isti olacaq.
Bakıda gecə 24-26°, gündüz 35-37° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-270 isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 20-25°, gündüz 34-39° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 14-19°, gündüz 23-28° isti olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 20-25° , gündüz 34-38° isti təşkil edəcək.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 19-24°, gündüz 30-35° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 21-26°, gündüz 34-39 ° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 22-26°, gündüz 33-37° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.
Milli.Az