"Qızıma görə narahatam, bilmirəm sağ qalacaq, ya yox" - Myanmardan daha bir ürəkağrıdan FOTO

2 Oktyabr 2017 13:37

Müsəlmanların kütləvi şəkildə öldürüldüyü Myanmardan daha bir ürəkağrıdan foto yayılıb.

Milli.Az "The Sun"a istinadla xəbər verir ki, görüntülərdə başı yanan uşağın yeniyetmə valideyninin qucağında əzab çəkərək ağlaması əks olunub.

O, Myanmar, Burmada buddistlərin qurbanlarından biridir. Saç hissəsi yanan Talisma Bezum evlərinin yaxınlığına atılan qumbaranın partlaması nəticəsində bu hala düşüb.

Buddistlərin çoxluq təşkil etdiyi Myanmarda birmalı əsgərlər onların yaşadığı evin yaxınlığına qumbara atiblar. Partlayış zamanı uşağın başı yanıb.

Uşağın 18 yaşlı anası Areta Begum The Sunday Mirror-a açıqlama verib. O bildirib ki, uşağının ölmə ehtimalının olması onu çox qorxudur.

"Mən çox qorxuram. Qızıma görə narahatam. Bilmirəm o, sağ qalacaq, ya yox. Amma mən heç nə edə bilmirəm. Əlimdən heç nə gəlmir".

Hazırda Banqladeşdə qaçqın düşərgəsində məskunlaşan qadın bildirib ki, əsgərlər onun evini partladıblar. Onlar Banqladeşə qaçmaq üçün 8 gün əziyyət çəkiblər.

Milli.Az 18 yaşlı qadının və qucağında əzab çəkən körpəsinin fotolarını təqdim edir.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində