ABŞ Dövlət Departamenti vətəndaşlarına xəbərdarlıq edib.
Qafqazinfo TRT-yə istinadən xəbər verir ki, Kubada səfirlikdə çalışan 21 diplomat və ailə üzvləri eşitmə, başgicəllənmə və ürəkbulma kimi problemlərlə üzləşiblər.
Diplomatların geri çağırılmasının səbəbi də, məhz onların səhhəti ilə əlaqələndirilib.
Digər tərəfdən, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına da xəbərdarlıq edib:
"ABŞ vətəndaşları təhlükə altında ola bilər, biz onlara Kubaya getməmələri üçün xəbərdarlıq edirik".
Milli.Az