Binəqədidə ər-arvad dəm qazından öldü

22 Mart 2010 14:04

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, rayon sakinləri 58 yaşlı Rüstəm Fətullayev və arvadı 58 yaşlı Şərqiyə mənzillərində dəm qazından boğularaq ölüblər.

Hadisə martın 21-də səhər saat 09:00 radələrində baş verib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az