Modelyer Şəlalə Maqsudova və stilist Nura Babayeva daha bir obrazın üzərində işləyib hər kəsi təəccübləndirmək istədilər. Bu dəfə peşəkar ikili məşhur italyan aktrisası 62 yaşlı cazibədar Ornella Mutiyə, Azərbaycanın tanınmış həkim-kosmetoloqu Sevinc Abdullayevanı bənzətdilər.
30 sentyabrda ad gününü qeyd edəcək həkim-kosmetoloq Sevinc Abdullayeva yubileyinə fotosessiya etdirirkən, rəfiqələri modelyer Şəlalə Maqsudovanın və stilist Nura Babayevanın ona sürpriz etməsindən xəbərsiz olub. Belə ki, yeni imic üçün silist Nuraya, modelyer Şəlaləyə və fotoqraf Araz Bağırova müraciət edən kosmetoloq Sevinc Abdullayevanı onlar Ornella Mutinin bir obrazına salıb foosessiya ediblər.
Modelyer Şəlalə Maqsudova, stilist Nura Babayeva və fotoqraf Araz Bağırov tərəfindən Sevinc Abdullayevaya hazırlanan sürpriz fotosessiya ilə tanış olun.
Lalə
Milli.Az