Məşhur amerikalı müğənni, pop-ulduz Britni Spirs aylardan bəri sürəkli davam etdirdiyi pəhrizin və fasilə vermədiyi məşqlərin sayəsində arıqlayıb. Özü də çox.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 35 yaşlı Britni Spirs məşqlərini daha da intensivləşdirəcəyini söyləyib.
İki övlad anası səhnədə qıvraq olmaq üçün artıq həftədə 5 gün məşq edir.
"İndi daha rahatam. Sanki, gəncləşmişəm", - Britni Spirs deyib.
Dünənsə müğənni həmkarı, 47 yaşlı Merayya Kerri ilə Kaliforniya ştatındakı Qərbi Hollivudda partidə idi.
O, son fotolarını İnstagram-dakı profilində paylaşıb.
Milli.Az