BƏƏ-dən olan mütəxəssislər Azərbaycanda hava limanı işçilərinə seminar keçir - FOTO

26 Sentyabr 2017 16:25

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan nümayəndə heyəti Azərbaycanda səfərdədir.

BƏƏ-in Bakıdakı səfirliyindən Milli.Az-a verilən məlumata görə, bu ölkənin Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanının əməkdaşları üçün seminarlar təşkil edirlər.

"AZAL, Aviasiya Təhlükəsizlik İdarəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının da iştirak etdiyi seminarların mövzusu "Aviasiya təhlükəsizliyi, BƏƏ mədəniyyəti və BƏƏ dövləti tarixi"dir.

Qeyd edək ki, seminarlar bu sahədə mütəxəssis olan 5 nəfərdən ibarət nümayəndə heyəti tərəfindən aparılır.
 

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində