Türkiyəli idmançı reanimasiyaya yerləşdirildi

26 Sentyabr 2017 11:19

Türkiyəli ağırlıqqaldıran Naim Süleymanoğlunun səhhətində problem yaranıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bolqarıstan əsilli 3 qat Olimpiya çempionu Bakırköydə xəstəxanaya yerləşdirilib.

O, qaraciyər serozundan əziyyət çəkir.
 
Süleymanoğlunun yaxın dostu və doktoru Adnan Bağrıaçıq bildirib ki, idmançıya transplantasiya edilməsə, həyatı təhlükədə olacaq: "Onu qaraciyər çatışmazlığı var. Qısa bir zamanda onun bu orqanı dəyişdirilməzsə, həyatını itirəcək. Süleymanoğlu saysız medallar qazandırmış və rekordlar vurmuş idmançımızdı. Hazırda reanimasiyadadı".
 
Qeyd edək ki, Süleymanoğlunun hesabın 7 dünya və 2 Avropa çempionluğu da var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində