Millimiz Moldova yığması ilə qarşılaşacaq
22 Mart 2010 12:41
Bu barədə Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Öncə Avstriyada Azərbaycan və Moldova milli komandaları arasında keçirilməsi planlaşdırılan yoldaşlıq oyununun baş tutmayacağı bildirilmişdi. Moldova Futbol Federasiyası buna səbəb kimi təlim-məşq toplanışını Avstriyada keçirməyəcəklərini göstərmişdi. Lakin növbəti dəfə AFFA-ya müraciət edən Moldova Futbol Federasiyası Moldova yığmasının Avstriyada hazırlaşacağını və millimizlə yoldaşlıq oyunu keçirməyə hazır olduqlarını bildirib.
Beləliklə, mayın 26-da, Avstriyada millimizlə Moldova yığması arasında yoldaşlıq oyunu keçiriləcək.
Milli.Az