Multfilmdəki ev gerçək oldu - FOTO

18 İyul 2011 00:15
Milli.Az xəbər portalı "USA Today"ə istinadən bildirir ki, "Disney/Pixar"ın istehsalı olan "Yuxarı" multiplikasiya filmindəki evin tam eynisi ABŞ-ın Yuta ştatının Herriman şəhərində tikilib.

"Banqarter Homes" inşaat şirkətinin sahibi olan üç qardaşdan biri, Bler Banqarterin dediyinə görə, onlar Karl və Ellinin evini şəhərdə tikərək Herrimanda da turistləri cəlb edəcək məkanın olmasını istəyiblər.

Şirkət bu ev həstəsonları hava şarları ilə bəzəmək niyyətindədir.
Ev 390 min dollara satışa çıxarılıb.

Milli.Az