"Kənardan təzyiqlərə baxmayaraq..."

25 Sentyabr 2017 23:54

"Bavariya"nın sabiq futbolçusu Mixael Ballak Xames Rodriqez barədə fikirlərini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda futbol eksperti kimi çalışan Ballak kolumbiyalı havbeki baş məşqçi Karlo Ançelottinin güvəndiyi futbolçular sırasına daxil edib.

"Xames əla futboçlu olsa da, yüksək tempdə oynamaqla bağlı problemləri var. O, müdafiəyə çəkilməyi sevməyən tipik 10 nömrəli futbolçudur. Rodriqezin bir üstünlüyü var. Onun Ançelotti ilə yaxşı münasibəti var. Xamesin çətin vaxtında Ançelotti ona dəstək oldu. Kənardan təzyiqlərə baxmayaraq məşqçinin futbolçuya güvənməsi böyük stimuldur".

Milli.Az