Samsung Galaxy Tab 3 V satışa çıxarıldı

19 Mart 2015 22:10
Samsung-un regional nümayəndəliklərindən birinin saytında Samsung Galaxy Tab 3 V adlı yeni planşet kompüteri haqda informasiya yerləşdirilib. Qurğu Galaxy Tab 3 Neo modelinin yenilənmiş modifikasiyasıdır.

Yeni cihaz 7 düymlük 1024x600 piksel təsvir ölçülü TN ekran, 1.3 QHs takt tezlikli dördnüvəli Spreadtrum prosessoru, 1 Gb əməli və 8 Gb daxili yaddaşla təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Samsung Galaxy Tab 3 V planşeti, həmçinin iki ədəd 2 meqapiksellik kamera, Wi-Fi 802.11 b/g/n, Bluetooth 4.0, GPS/QLONASS və 3G simsiz kommunikasiya modulları, FM radio və 3600 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. İstehsalçı bildirib ki, qurğu internet sörfinq rejimində 9 saatadək, videoya baxış rejimində isə 8 saatadək avtonom işləyə bilər.

Qurğunun fiziki ölçüləri 193,4x116,4x9,7 mm, çəkisi 322 qramdır. Aparata Android 4.4 mobil əməliyyat sistemi quraşdırılıb.

Samsung Galaxy Tab 3 V modeli Malayziyada təqdim edilib və hələ ki, yalnız orada təxminən 135 dollara satılacaq. Daha sonra qurğunu başqa ölkələrdə satın almaq mümkün olacaq.

Milli.Az