Media maqnatı hamıdan üzr istəyəcək

15 İyul 2011 23:35
Milli.Az xəbər portalı "The Marketing Week"ə istinadən bildirir ki, mediamaqnat Rupert Merdok Böyük Britaniyanın bütün iri qəzetlərində məşhur şəxslər və adi britaniyalıların telefonlarının dinlənilməsi ilə bağlı qalmaqala görə üzrxahlıqlar dərc etdirəcək. Reklam formasındakı üzrxahlıqlar hətta Merdokun ciddi rəqibləri hesab olunan "The Daily Mail" və "The Mirror"  qəzetlərində də peyda olacaq.

Merdokun "News Corp" media konqlomeratının bölməsi olan "News International" ticari tərəfdaşlarına məktub yollayaraq qalmaqalla bağlı görülən işlərdən bəhs edəcək.
Britaniyadakı qəzetlərinin, o cümlədən "The Sun" və "The Times"in nüfuzuna dəymiş zərəri aradan qaldırmaq üçün Merdok "Edelman" PR agentliyinə müraciət edib.
"Edelman" cəmiyyətə bəhs etməlidir ki, "News International" qalmaqalla bağlı daxili araşdırma aparır.

Merdokun Britaniyadakı qəzetləri ilə bağlı qalmaqal "News of the World" qəzetinin məşhur şəxslər, habelə 2005-ci ildə Londonda tbrədilmiş teraktlaraın qurbanlarının qohumlarının telefonlarını dinləməsi aydın olandan sonra başlayıb. Merdok bu ayın əvvəlində "News of the World" qəzetini qapadıb. Amma bu qərar qanunsuz dinləmə ilə bağlı işin bağlanmasına səbəb olub. Britaniya polisi işlə bağlı artıq 9 nəfəri həbs edib.

Bu arada "News International"un icraçı direktoru Rebeka Bruks istefa verib. Şirkətə "Sky İtaliya"nın icraçı direktoru Tom Mokricin başçılıq edəcəyi gözlənilir.

Milli.Az

Bir media "div"i də belə öldü...- VİDEO-FOTO

Merdokun imperiyası laxladı

168 illik qəzet rüsvayçılıqla bağlanır - FOTO

Qəzet ulduzlara uduzdu