İş adamını aldadan qadın ələ keçdi
22 Mart 2010 12:57
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, tutulan Sahibə Mahmudova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində S.Mahmudovanı həbs etmək mümkün olub.
Başlanmış cinayət işi üzrə araşdırma aparılır.
Qeyd edək ki, S.Mahmudova iş adamı Hafiz Novruzova qarşı dələduzluq edib. O, 2009-cu ilin fevralında "Azad Ticarət" MMC-nin təsisçisi və direktoru Gülnarə Ələsgərova vasitəsilə S.Mahmudova ilə tanış olub və onu həmin müəssisənin baş mühasibi kimi tanıyıb. Elə həmin ilin martında S.Mahmudovaya 2400 manat dəyərində mal verib. Daha sonra pullarını ala bilməyib.
Anar Məmmədov
Milli.Az