Serj Sarkisyan Suriyaya gedir

22 Mart 2010 11:34
Milli.Az xəbər portalı Panorama.am-a istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər əl-Əsədin dəvəti ilə reallaşan səfər martın 24-dək davam edəcək.

Nümayəndə heyətinə xarici işlər, mədəniyyət, diaspora, kənd təsərrüfatı nazirləri və digər rəsmi şəxslər də daxildirlər. Qarşılanma mərasimindən sonra Serj Sarkisyan və Bəşər Əsəd arasında təkbətək görüş keçiriləcək. Sonra görüş geniş tərkibdə davam etdiriləcək. Ermənistan və Suriya prezidentləri birgə mətbuat konfransı da keçirəcəklər.

Ermənistan prezidenti Dəməşq universitetində "Ermənistan-Suriya münasibətləri" mövzusunda çıxış edəcək. O, Dəməşqdəki erməni diasporasının nümayəndələri ilə görüşəcək, şəhərin tarixi-mədəniyyət abidələrini gəzəcək.

Milli.Az