Oğurluq edilən məktəbin direktorundan AÇIQLAMA - VİDEO - FOTO

22 Sentyabr 2017 15:30

Bakıda orta məktəbdən oğurluq olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Cəlal Qurbanov küçəsində yerləşən 146 saylı orta məktəbdə qeydə alınıb.

Tədris ocağından oğurluq edilib. Oradan 6 noutbuk və 1 kompüter oğurlanıb.

Süleyman Zülfüqarov - Məktəb direktoru: "Təsərrüfat işləri üzrə direktor müavini Zəminə Qurbanova mənə məlumat verdi ki, oğurluq olub. Bu barədə polis xidmətinə məlumat verdik. Dünən polislər gəlib bizdən də şifahi olaraq məlumat alıb getdilər".

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Oğurluq edilən məktəbin direktoru danışdı