Bakıda mağazada bədbəxt hadisə

22 Sentyabr 2017 11:02

Bakıda mağazada ölüm olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində fəaliyyət göstərən mağazalardan birində satıcı işləyən, 1980-cı il təvəllüdlü Alla Əliyeva ürək tutmasından ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində