"Cariyə" sözü ərəbcə, "Kəniz" sözü isə onun azərbaycan dilində tərcüməsidir. Qul isə qədim dövrlərdə kölə kimi bazarlarda satılan adama deyilir. Uca Allah buyurur: "Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi". (ən-Nisə, 24). Cihad vaxtı əsir düşən qadınlar cariyə hesab olunurdu. Lakin, bu cariyələr arasında əri olanlar var idi.
Milli.Az zikr.az-a istinadən bildirir ki, onlar əsir düşdükdə müsəlmanlara məxsus idilər. Bu bir tərəfdən də İslamı qəbul etməyənlərin zövcələrinin əsir düşərək başqasına qismət olmasına və hələ bu dünyada onun alçaldıcı bir vəziyyətə düşməsinə xatırlatmadır. Uca Allah buyurur: "Sizdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın". (ən-Nisə, 25). Yəni, evlənməyə imkanı çatmırsa, cihad vaxtı ona qismət olan cariyələrin içindən iman etmişləri ilə evlənə bilər. (İbn Kəsir "ən-Nisə" surəsinin təfsiri).
Milli.Az