Elçin Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi

21 Sentyabr 2017 14:57

Prezident İlham Əliyev Elçin Quliyevin "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Elçin İsağa oğlu Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilsin.

Milli.Az