Serxio Ramos yenə hakimlikdən şikayətləndi

21 Sentyabr 2017 19:06

İspaniya La Liqasının 5-ci turunda "Betis"i qəbul edən "Real Madrid" minimal hesabla uduzub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  matçdan sonra komandanın kapitanı Serxio Ramos bunları deyib:

"Hakimlər barədə nə qədər çox danışırıq, vəziyyət o qədər geri gedir. Onlara hörmət edib inanmalıyıq ki, yaxşı idarəçilik üçün əllərindən gələni edirlər. Onların "Real"ın lehinə penalti təyin etməyib "Barcelona"nın oyunlarında bunu etməsinə təəccüblənmirəm. Amma biz oyunda 3 qol vursaydıq, əhvalımız yerində olardı. Mövsümün əvvəli üzücüdür və narahatlıq doğurur".

Milli.Az