Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, paytaxt sakini, 33 yaşlı Elşən Azayev iki nəfəri aldadıb. Belə ki, o, həmyerlisi, Bəşir Məmmədov və İsmayıllı rayon sakini, İlqar İsmayılovun etimadlarını qazanaraq qohumlarını işə düzəldəcəyi adı ilə müvafiq olaraq onlardan 4000 dollar və 3000 manat pul alıb. Sonradan E.Azayev verdiyi vədə əməl etməyib.
Digər dələduzluq hadisəsində Bakı şəhər sakini, 35 yaşlı Xəqan Alıyev isə həmyerlisi, Məzahir Mədiyevin etimadını qazanaraq aldadıb. O, M.Mədiyevin ev satacağı adı ilə 13.600 dollar pulunu alaraq mənimsəyib.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Milli.Az