Kasıblaşan qrafın alveri yasaqlandı - FOTO
18 İyul 2011 01:25
Milli.Az xəbər portalı "The İndendent"ə istinadən bildirir ki, Britaniyanın ən köklü zadəgan nəsillərindən birinin nümayəndəsi qraf Kardiqanın maliyyə durumu çox ağırlaşıb. O, problemlərini qismən həll etmək üçün nəslinin malikanəsi Saverneykdəki tablollar arasında 11 rəsmi əsərini satışa çıxarmağa qərar verib. Lakin 58 yaşlı qrafa məxsus əsərlər "Sotheby's" hərracında satışa çıxarılmazdan cəmi bir neçə saat əvvəl Apellyasiya məhkəməsi satışı dayandırıb.
Həmin əsərlər arasında 1854-cü ildə qraf Devid Brandell-Bryus Qardiqanın Krım savaşında ukraynalı süvarilərə qarşı hücumu əks olunduğu tablo da var.
Uilşir qraflığında, Marlboro yaxınlığında olan malikandə qraf Brandell-Bryus Kardiqanın tablolarının satışının qarşısını almaq üçün məhkəmə icraçıları onları möhürləyiblər.
Milli.Az