Azərbaycan 200 manatlıq əsginas buraxa bilər

19 Sentyabr 2017 17:45

"Azərbaycan Mərkəzi Bankı gələcəkdə 200 manat dəyərində əsginasların buraxıla biləcəyini istisna etmir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev deyib.

Bununla belə, o qeyd edib ki, hazırda hökumətdə bununla bağlı müzakirələr aparılmır:

"Məsələn, 500 manatlıq əsginaslar bizim üçün çox böyük olardı, lakin 200 manatlıq əsginasların buraxılması tamamilə mümkündür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində