Honduras: Hərbçilər kokain daşıyan sualtı gəmini ələ keçiriblər

15 İyul 2011 09:02
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Hondurasın müdafiə naziri Marlon Paskua bildirib ki, gəmi başqa dövlətə məxsusdur. Gəminin bortunda olan 5 Kolumbiya vətəndaşı həbs edilib.

Honduras hakimiyyət orqanlarının sözlərinə görə, hər il qeyri-qanuni olaraq Kolumbiyadan Hondurasın ərazi sularından keçərək Meksikaya və sonradan ABŞ-a 100 tona qədər kokain aparılır.
Ötən il Honduras ərazi sularında narkotik daşıyan 10 sualtı gəmi aşkar edilib.

Milli.Az