Bakıda mənzildən 30 min dollar oğurlandı

19 Sentyabr 2017 10:15

Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini Yunis Maksimovun mənzilindən 30 min ABŞ dolları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində