Azərbaycan cüdoçuları Avropa çempionu oldular - FOTO

17 Sentyabr 2017 21:14

Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib.

Milli.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan milli komandası mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Gənc cüdoçularımız Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığma komandalarını məğlub ediblər. Elçin İsmayılovun başçılıq etdiyi məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub.
Cüdoçularımızın şərəfinə Sloveniyada Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində