19:42
Hadisə Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Qalıncaq knd sakini Abdullayev Ehtiram Azər oğlunun idarə etdiyi 10-UO-796 dövlət nişanlı "VAZ 21015" və 90-UT-602 dövlət nişanlı "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol qəzası baş verib. Hadisə zamanı "Vaz21015" markalı avtomobildə olan sərnişinlərdən iki nəfər ölüb, 5 nəfər isə ağır xəsarət alıb.
1988-ci il təvəllüdlü Qalıncaq kənd sakini Abdullayev Ehtiram Azər oğlu, Qəzli kənd sakinləri 1997-ci il təvəllüdlü Manafov Məhəmməd Azər oğlu, 2011-ci il təvəllüdlü Abdullayev Rəsul Şaban oğlu, 1992-ci il təvəllüdlü Abdullayev Şərif İsrail oğlu və 1995-ci il təvəllüdlü Abdullayev İmam Allahverdi oğlu ağır yarlanıblar. 1993-cü il təvəllüdlü Allahverdiyev Qərib İsmayıl oğlu və 1998-ci il təvəllüdlü İsmayıllı Qalib Əllədin oğlu hadisə zamanı aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişiblər.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Videonu izləmək üçün şəklə klikləyin:
18:33
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, İsmayıllı rayonunun Qalıncaq kəndinin sakini, 1988-ci il təvəllüdlü Abdullayev Ehtiram Azər oğlunun idarə etdiyi 10-UO-796 dövlət nömrə nişanlı VAZ 21015 minik avtomobili qarşı tərəfdən gələn 90-UT-602 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində sürücü E. Abdullayev, rayonun Qəzli kənd sakinləri - 1997-ci il təvəllüdlü Manafov Məhəmməd Azər oğlu, 2011-ci il təvəllüdlü Abdullayev Rəsul Şaban oğlu, 1992-ci il təvəllüdlü Abdullayev Şərif İsrail oğlu və 1995-ci il təvəllüdlü Abdullayev İmam Allahverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İsmayıllı sakinləri - 1993-cü il təvəllüdlü Allahverdiyev Qərib İsmayıl oğlu və 1998-ci il təvəllüdlü İsmayılov Qalib Əllədin oğlu isə aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
----------
16:54
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 15:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı şəhəri ərazisindən keçən hissəsində "Mercedes" və "VAZ 21015" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Milli.Az