ATƏT-in Baş ofisindəki azərbaycanlıya BMT-də yüksək vəzifə verildi

16 Sentyabr 2017 14:20

"ATƏT-də 10 illik fəaliyyətimi başa vuraraq, avqust ayından etibarən BMT-də çalışmağa başlamışam".

Milli.Az xəbər verir ki, bunu bir müddət əvvəl ATƏT-in Vyanadakı Baş ofisində mətbuat xidmətinin əməkdaşı vəzifəsində çalışmış Rəşad Hüseynov bildirib.

R.Hüseynovun sözlərinə görə, bundan sonra o, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi kimi (National Information Officer, UN Department of Public Information) fəaliyyət göstərəcək: "Media və vətəndaş cəmiyyəti təşkilatları ilə faydalı əməkdaşlıq edəcəyimə ümid edirəm".

Qeyd edək ki, fəaliyyətində yüksək peşəkarlığı ilə seçilən R.Hüseynov 2015-ci ilədək ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisinin Mətbuat və İnformasiya Xidmətinin rəhbəri olub. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisi öz fəaliyyətini 2015-ci ildə dayandırdıqdan sonra o, 2 ilə yaxındır ki, Avstriyanın paytaxtı Vyanadakı ATƏT-in Baş ofisində mətbuat xidmətində çalışırdı.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində