Bakıda 17 yaşlı oğlan özünü öldürmək istədi

15 Sentyabr 2017 10:44

Bakıda 17 yaşlı oğlan intihara cəhd edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu, A. Ağayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Faiq İslam oğlu Hacıyev intihar etmək məqsədi ilə çoxlu sayda müxtəlif dərman preparatları qəbul edib.

O, dərhal ailə üzvləri tərəfindən xəstəxanaya yerləşdirilib.
 
Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində