Dünyanın ən böyük şokolad heykəli!

21 Mart 2010 12:21
Məhşur heykəltəraş Harri Consonun hazırladığı heykəldə rəmzi olaraq dovşan təsvir olunub. Onun hündürlüyü 3,82 m, çəkisi isə 3 tondur. Heykəl 3 günə düzəldilib. Onun dadına isə yoxsul ailələrdən olan 250 uşaq baxacaq. Bu heykəl, həm də dünyada hazırlanan ən böyük şokolad heykəli hesab olunur. Bundan əvvəl Braziliyada hazırlanan heykəlin hündürlüyü 2,8 metr, çəkisi isə 2 ton olub.

/AzTV/