Cəlilabad-Yardımlı avtomobil yolunda sürüşmə təhlükəsi - VİDEO

13 Sentyabr 2017 21:21

Cəlilabad-Yardımlı avtomobil yolunda sürüşmə baş verib. 

Milli.Az bildirir ki, yolun Cəlilabadın Kövüzbulaq və Pərdi kəndlərini birləşdirən hissəsində torpaq sürüşməsi nəticəsində asfalt qatı aralanıb.

Yolun bir hissəsi çökdüyü üçün avtomobillərin hərkətində çətinliklər yaranıb.

Cəlilabad-Yardımlı yolunun əksər hissəsi təpəliklərdən və dağ yamaclarından keçdiyi üçün orada tez-tez sürüşmələr baş verir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Cəlilabad - Yardımlı avtomobil yolunda sürüşmə təhlükəsi