Neftinin qiyməti 55 dolları ötdü

13 Sentyabr 2017 20:51

Dünya birjalarında neft bahalaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,72% artaraq 49,06 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,36% artaraq 55,01 dollar olub.
 
Beləliklə, Brent neftinin qiyməti apreldən etibarən ilk dəfə 55 dolları ötüb.

Milli.Az