Moskvada vağzallar təxliyə edildi - Bomba var?

13 Sentyabr 2017 18:14

Hazırda Moskvada "Yaroslavl" və "Kazan" vağzallarında bomba qoylması barədə anonim zəngdən sonra sərnişinlərin təxliyəsi həyata keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, vağzallarda təhlükəsizlik qüvvələri axtarışlar aparır.

Bununla belə, qatarlaırn adi rejimdə hərəkəti davam edir.

xatırladaq ki, bir müddət əvvəl analoji zəng Moskvanın "Kiyev" vağzalı ilə bağlı edilib. Hazırda bu vağzalda axtarışlar başa çatıb.

Qeyd edək ki, ötən gündən Rusiyanın bir çox şəhərlərində bomba təhdidləri ilə bağlı zənglər daxil olur.

Milli.Az