Bu təbliğata görə 2 il həbs gözlənilir - İtaliyada

13 Sentyabr 2017 19:18

İtaliya parlamentində faşizmin təbliğ edilməsinə qarşı qanun layihəsi qəbul edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsinə əsasən, faşizmə aid materialların satışı, yayılması, eləcə də faşizm salamının verilməsi cinayət hesab olunacaq.

Bu qanunu pozan şəxslərə 6 aydan 2 ilədək həbs cəzası verilə bilər.

Qanun layihəsi parlamentin aşağı palatası - Deputatlar palatasında qəbul edilib. Bundan sonra layihə Senatda müzakirə olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində