Prezident İlham Əliyev İlhan Aküzümü "Dostluq" ordeni ilə təltif etdi

13 Sentyabr 2017 17:22

Prezident İlham Əliyev İ.Aküzümün "Dostluq" ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə İlhan Aküzüm "Dostluq" ordeni ilə təltif edilsin".

Milli.Az