Nazir: Azərbaycanla Türkiyə arasında münasibətlər vacib xarakter daşıyır

13 Sentyabr 2017 16:41

Azərbaycanla Türkiyə arasında münasibətlər vacib xarakter daşıyır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü zamanı qardaş ölkələr arasında münasibətlərin inkişafının vacibliyi vurğulanıb.

Qeyd edək ki, bu gün Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə bildirmişdilər ki, Çində Dünya Turizm Təşkilatının Baş Assambleyasının XXII iclası çərçivəsində türkiyəli və azərbaycanlı nazirlər iki ölkə arasında turizm sahəsində əlaqələri müzakirə etməyi planlaşdırır.

Milli.Az