Bakı Metropoliteni məktəblilərə hədiyyə paylayacaq

13 Sentyabr 2017 16:11

"Bakı Metropoliteni balacaları bu il də unutmayıb. 15 sentyabrda, Bilik Günündə məktəblilərimizlə yenə görüşüb hədiyyələrimizi verəcəyik. İlk görüşümüz saat 11:00-da "28 may"" stansiyasında olacaq".

Bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib:

Şöbə rəsinin sözlərinə görə, hədiyyələr aşağı sinif şagirdləri üçün nəzərdə tutulub: 

"Aşağı sinif şagirdlərinə yaşından asılı olmayaraq hədiyyə veriləcək. Təəssüf ki, məhdudiyyət hədiyyələrin sayı ilə bağlıdır. Belə bizim yalnız 200-ə yaxın hədiyyəmiz olacaq. Ona görə də, kimlər ki, deyilən vaxtda "28 May" stansiyasında olsa, hədiyyələr onlara da qismət olacaq"

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində