AFFA-dan Ayxan Abbasova xəbərdarlıq

13 Sentyabr 2017 20:30

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub.

İclasda yeganə xoşagəlməz məqamla bağlı qərar da verilib. "Qəbələ" ilə səfər matçının 90+1-ci dəqiqəsində oyunun baş hakiminə sərt etiraz edən "Zirə"nin baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edilib. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində