13 sentyabr - Dünya Şokolad Günüdür. Bu gün dünyanın ən dadlı və şirin təamına həsr olunmuş təqvimdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dünya Şokolad Günü amerikalı şirniyyatçı, dünya şöhrətli "The Hershey Chocolate Company" şirkətinin təsisçisi Milton Herşinin doğum gününə həsr olunub.
Dünyada ən böyük şokolad istehsalçısı Afrikada yerləşən Kot-d'İvuardır. Ən yaxşı şokolad isə İsveçrə, Belçika, Fransa, İspaniya, ABŞ, Avstriya və Almaniyada istehsal olunur.
Milli.Az