2019-cu ilədək Avropa İttifaqına yeni üzv qəbul edilməyəcək

13 Sentyabr 2017 20:18

2019-cu ilədək Avropa İttifaqına (Aİ) yeni üzv qəbul edilməyəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan Kloud Yunker bildirib. Sədr qeyd edib ki, hazırda heç bir namizəd buna hazır deyil: "Lakin gələcəkdə Avropa İttifaqının tərkibinə 27-dən çox ölkənin qoşulacağı gözlənilir".

Yunker əlavə edib ki, Türkiyənin də gələcəkdə Aİ-yə üzvlüyü istisna deyil. O Aİ-yə üzv olmaq istəyən dövlətlərə mesaj göndərib. Komissiya sədri bildirib ki, Aİ-yə üzv olmaq üçün müraciət edən hər bir dövlət ərazisində hüququn, ədalətin və insan haqlarının üstünlüyünü prioritet halına gətirməlidir.

"Avropa İttifaqı keçmiş Yuqoslaviya ölkələri - Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Makedoniyanın inteqrasiya siyasətini rədd edir. Çünki, onları eyni region - Qərb Balkanları kimi qəbul edirik. Düşünürəm ki, sərhədlərimizdə daha çox sabitlik arzulayırıqsa, biz Qərb Balkanları üçün genişlənmə perspektivini saxlamalıyıq", - o əlavə edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində