"Qarabağ"dan oxuyan türkiyəli reper: "Nə Fənərbağça, nə də Qalatasaray..." - VİDEO - AÇIQLAMA

13 Sentyabr 2017 14:37

Çempionlar Liqası qrup mərhələsinə düşməyi bacaran "Qarabağ"ın tarixi nailiyyəti Türkiyədə də səs-küy doğurub.

Belə ki, türkiyəli 2 repçi komandamız haqqında mahnı yazıblar.

Yunus EmreFrekans adı ilə fəaliyyət göstərən musiqiçilər "Yürü Qarabağ" adlı parçanı dinləyiciləri ilə paylaşıblar.

Milli.Az-a danışan Yunus Emre bu sözləri deyib:

"İkimiz də 30 yaşlarına gəlmiş insanlarıq. Futbolu yaxından izləyirik. Birimiz "Qalatasaray", birimiz isə "Fənərbağça" azərkeşiyik. Bizim fanatı olduğumuz komandalar ÇL-ə gedə bilmədi, amma "Qarabağ" bunu bacardı. Bu səbəbdən də belə bir mahnı yazmaq içimizdən gəldi.

Qarabağın taleyini çox yaxşı bilirdik. Bu qədər zülmə, vəhşiliklərə uğramış bir şəhərin klubu başqa bir şəhərə köçüb 25 il ərzində bu nöqtəyə gələ bilibsə, bu, çox qürurlu bir şeydir.

Sözləri də azərbaycanlı qardaşlarımız başa düşsün deyə Azərbaycan ləhçəsi ilə yazdıq"

Qeyd edək ki, "Youtube" üzərindən paylaşılan parçanın musiqisi Buğra Atmacaya sözləri isə Yunus Emre və Frekansa aiddir.

Adil Nəcəfov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yunus Emre & Frekans - Yürü Qarabağ (Produced by Buğra Atmaca)

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində