İcra başçısı məktəb direktorlarını kabinetinə yığıb döydü - Özbəkistanda - VİDEO

13 Sentyabr 2017 15:02

Özbəkistanın Sayxunabad rayonunun icra başçısı Nəsirxan Eqamberdiyev məktəb direktorlarını döyüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, merin direktorları döymə anını əks etdirən görüntü sosial şəbəkələrdə yerləşdirilib. Avqust ayında baş verən hadisə artıq ölkə ictimaiyyətində böyük müzakirələrə səbəb olub.

İcra başçısının direktorları döyməsinə səbəb Müstəqillik Günündə məktəb müəllimlərinin iştirak etməməsi olub. Belə ki, müəllimlərin bayramda iştirak etməməsi vilayət rəhbərinin icra başçısını danlamasına səbəb olub, o da heyfini direktorlardan çıxarıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İcra başçısı məktəb direktorlarını kabinetinə yığıb döydü - Özbəkistanda

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində