"ABBA" qrupu virtual səyahətə hazırlaşır

13 Sentyabr 2017 21:09

"ABBA" qrupu virtual səyahətə hazırlaşdığını bildirib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qrup üzvü, bəstəkar və musiqiçi Benni Andersson "Expressen" qəzetinə müsahibəsində deyib.

B.Andersson, həmçinin bildirib ki, arabir görüşüb bəzi məsələləri birlikdə həll etmişik. İndi isə qarşıda bizi ümumi layihə gözləyir.

Konsertdə yeni kompozisiyalardan əlavə, "Thank You for the Music" və "Happy New Year" kimi sevilən bəzi mahnıların interpretasiyası da gözlənilir.

2019-cu ilə planlaşdırılan virtual turnedə musiqini rəqəmsal avadanlıq ifa edəcək.

1972-ci ildə yaradılan İsveç kollektivi 1982-ci ildə dağılıb. On il mövcudluğu ərzində "ABBA" səkkiz albom buraxıb.

Milli.Az